Kataloniyanın keçmiş lideri Karles Puçdemon bu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətini açıqlayıb.
ONA xəbər verir ki, bu barədə özü açıqlama yayıb. K.Puçdemon namizədliyini “Birlikdə Kataloniya uğrunda” partiyasından irəli sürəcək.
Qeyd edək ki, Karles Puçdemon 2017-ci ildə Kataloniya Muxtar Respublikasının İspaniyadan çıxması ilə bağlı referendumdan sonra Belçikada məskunlaşıb. Hazırda “Birlikdə Kataloniya uğrunda” koalisiyasına rəhbərlik edir.
Avropa Parlamentinə seçkilər bu il mayın 23-26-da keçiriləcək.