“Miss Uruqvay – 2006” gözəllik müsabiqəsinin qalibi Fatimi Davila Meksikadakı otellərin birində ölmüş vəziyyətdə tapılıb.
ONA xəbər verir ki, bu barədə “Universal” portalı yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, 31 yaşlı modelin meyiti Mexikoda otelin vanna otağında polis tərəfindən aşkar olunub. Araşdırma zamanı məlum olub ki, gözəllik müsabiqəsindəki qələbəsindən sonra model kimi işləyən Fatimi Mexikoya aprelin 23-də iş görüşməsi üçün gəlib.
Hazırda faktla əlaqədar cinayət işi qaldırılıb. İşi araşdıran polis digər fərziyyələrlə yanaşı modelin intihar etməsi ehtimalını da gözdən keçirir.