• DÜNYA

    23:03 5 iyun 2019

Keçmiş rus xüsusi təyinatlısını öldürməkdə şübhəli bilinən iki erməni həbs olunub

Rusiya məhkəməsi Baş Kəşfiyyat İdarəsinin keçmiş xüsusi təyinatlısını öldürməkdə şübhəli bilinən iki erməni barəsində iki aylıq həbs qət-imkan tədbiri seçib.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, ilk tutulan Narek Stepanyan olub. O, “Xuliqanlıq, əvvəlcədən razılıq əsasında bir qrup şəxs tərəfindən törədildikdə” maddəsi ilə ittiham olunub.

Rusiyalı xüsusi təyinatlı Nikita Belyankini öldürməkdə şübhəli bilindiyi üçün saxlanılmış ikinci şəxs Sergey Xocayanın işi ilə əlaqədar Krasnoqorsk şəhər məhkəməsində dinləmələr aparılır. Dinləmələr zamanı S.Xocayan ona qarşı elan olunmuş ittihamı qəbul etməyib:

“Mən belə işlərdən uzağam, mən o adama köməyə getmişdim. Mən bir şey eləsəydim, gizlətməzdim”, - deyə şübhəli şəxs bildirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR