Amerikalı keçmiş senator Riçard Luqar vəfat edib.
ONA-nın məlumatına görə, o, uzun sürək xroniki xəstəliyin ağırlaşması səbəbindən 87 yaşında dünyasını dəyişib.
"1968-1975-ci illərdə İndianapolisin meri, 1977-ci ildən 2013-cü ilə qədər senator olmuş, 2013-cü ildən isə Luqar Mərkəzinə rəhbərlik etmiş 87 yaşlı senator Riçard Luqar aprelin 28-də vəfat edib", - deyə Luqar Mərkəzininin məlumatında bildirilir.
ABŞ-ın tanınmış senatorlarından olmuş R. Liqar silahlanmadan çıxarılmış nüvə və kimyəvi silahların utilizasiya edilməsi proqramının həmmüəliflərindən olub. Senatorlar R. Luqar və Sem Nannın həmmüəllifi olduğui Nann-Luqar proqramı ABŞ Konqresində 1991-ci ildə qəbul olunub.
Proqrama əsasən, ABŞ-a keçmiş SSRİ ölkələrinə silahlanmadan çıxarılmış nüvə və kimyəvi silahların utilizasiyasına yardım etmək hüququ verilirdi.
2003-cü ildə Konqresin proqrama etdiyi düzəliş nəticəsində ABŞ analoji layihələri keçmiş SSRİ-dən kənarda da maliyyələşdirməyə başlayıb.
Proqram nəticəsində Ukrayna, Qazaxıstan və Belarus nüvəsiz respublikaya çevrilib.
Qeyd edək ki, R. Luqar Azərbaycanın dostu kimi də tanınırdı. O, dəfələrlə Azərbaycana səfər etmişdi.