• DÜNYA

    08:12 21 sentyabr 2020

KİV: Bağdad Hava Limanı raket atəşinə tutulub

Bağdad Beynəlxalq Hava Limanı bazar günü raket atəşinə tutulub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl Sumaria” telekanalı məlumat yayıb.

İraq hüquq-mühafizə orqanlarındakı mənbələrə əsasən raket hava limanının yaxınlığına düşüb. Hücumun nəticələri barədə məlumat verilməyib.

Xatırladaq ki, sentyabrın 6-da Bağdad Hava Limanı üç raket atılmışdı. Raketlərdən biri mülki əraziyə - avtomobil parkına düşmüşdü. Dörd maşına zədələnmişdi.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR