• DÜNYA

    05:17 12 yanvar 2020

KİV: ABŞ İraqı neft pullarının saxlanıldığı bank hesabına girişdən məhrum etməklə hədələyib

Vaşinqton İraqı neft satışından əldə olunmuş gəlirlərin saxlanıldığı ABŞ-ın hökumət bankındakı hesaba girişdən məhrum etməklə hədələyib.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal İraqdakı mənbələrə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Birləşmiş Ştatlar İraq hakimiyyətini ABŞ qoşunlarının ölkədən çıxarılacağı təqdirdə Nyu-York Federal Ehtiyat Bankındakı hesaba çıxışı itirə biləcəkləri barədə xəbərdar edib. Müvafiq xəbərdarlıq telefon danışığı vasitəsilə İraqın Baş Naziri vəzifələrini icra edən Adel Abdul Mehdiyə çatdırılıb.

Amerika hakimiyyətinin bu cür hərəkətinin İraq iqtisadiyyatına ciddi ziyan vura biləcəyi qeyd olunur. Bank hesabında hansı məbləğin saxlanıldığını nəşr qeyd etməyib.

Bundan əvvəl ABŞ 2015-ci ildə İŞİD-in maliyyələşdirilməsi və İran banklarına vəsait yönəldilməsi şübhəsi ilə Bağdadın hesaba girişini bir neçə həftəlik bağlamışdı.

ONA

Teqlər:

SON XƏBƏRLƏR