• DÜNYA

    06:01 3 noyabr 2019

KİV: Britaniyalı varlılar ölkədən qaçmağa çalışır

Britaniyalı milyarderlər Leyboristlərin seçkidə qalib gələcəyi təqdirdə ən qısa müddətdə ölkəni tərk etməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Nəşr yazır ki, milyarderlər, Ceremi Korbinin baş nazir olacağı halda yeni vergilər səbəbindən milyardlarla funt-sterlinq itirəcəklərindən qorxurlar.

Xüsusilə, ölkədəki hüquq firmalarının mütəxəssisləri son vaxtlar çox sayda milyoner və milyarder müştərilərin digər ölkələrə köçmək, habelə sərvətlərini xaricə köçürmək məsələsində kömək istədikləri ilə bağlı müraciətlərlə qarşılaşdıqlarını bildirirlər.

Nəşrin yazdığına görə, varlı sakinlər sərvət və həyat şəraitinin itirilməsində Korbinin başçılıq etdiyi hökumətə “Brexit”dən daha çox təhlükə kimi yanaşırlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR