KİV: Meşə yanğını ABŞ Silahlı Qüvvələrinin Koloradodakı hərbi bazasının ərazisinə keçib
  • DÜNYA

  • 08:14 13 Oktyabr 2020

KİV: Meşə yanğını ABŞ Silahlı Qüvvələrinin Koloradodakı hərbi bazasının ərazisinə keçib

ABŞ-ın Kolorado ştatında baş verən meşə yanğını Quru Qoşunlarının “Fort Karson” hərbi bazasına keçib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Denver Post" qəzeti məlumat dərc edib.

Bildirilib ki, oktyabrın 11-də hərbi obyektin yaxınlığında başlayan yanğın artıq təlim sahəsinin ərazisinə keçib. 

ABŞ Silahlı Qüvvələrinə məxsus bazanın səlahiyyətlilərindən birinin verdiyi məlumata görə, bu günə qədər təxminən 240 hektar ərazi yanıb. Yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Bazanın ərazisindəki tikililərin zədələnmədiyi və şəxsi heyət arasında itki olmadığı bildirilib. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR