• DÜNYA

    05:04 9 aprel 2021

KİV: Norveçdə qocalar evində peyvənddən sonra 13 nəfər koronavirusa yoluxub

Norveçin Ullensaker kommunasında yerləşən qocalar evində hər iki dozada peyvənd olunan 7 nəfər koronavirusa yoluxublar.

APA “TV2” telekanalına istinadən xəbər verir ki, 80 yaşdan çox yaşlarında olan qocalara ABŞ-ın “Pfizer”, Almaniyanın “BioNTech” şirçətlərinin peyvəndləri vurulub.

Vəziyyət aydınlaşana qədər kommunada qocalar evlərinə ziyarət müvəqqəti qadağan olunub.

Sannes kommunasındakı qocalar evində isə 6 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Onların da “Pfizer” şirkətinin iki dozası ilə peyvənd olunduğu bildirilir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR