• DÜNYA

    19:21 27 oktyabr 2019

KİV: Tramp ABŞ-ın “Açıq Səma haqqında” sazişdən çıxması niyyətini əks etdirən sənədi imzalayıb

ABŞ Prezidenti Donald Tramp ölkəsinin “Açıq Səma haqqında” sazişdən çıxması niyyətini əks etdirən sənədi imzalayıb.

ONA-nın məlumatına görə, “Wall Street Journal” qəzeti bu barədə Ağ Evdəki iki mənbəyə istinadən məlumat yayıb.

Ağ Ev məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

Qəzet yazır ki, ABŞ-ın “Açıq Səma haqqında” sazişdən çıxması barədə yekun qərar hələ qəbul edilməyib. Bununla belə, Ağ Evdə “Açıq Səma haqqında” sazişin əleyhinə olanlar hesab edirlər ki, bu saziş Rusiyaya ABŞ barədə kəşfiyyat toplamağa imkan yaradır. “Wall Street Journal” rəsmi Moskvanın 20 sentyabr 2019-cu ildə sazişi pozduğunu, ABŞ və Kanadanın Rusiyanın Avropa hissəsində müşahidə uçuşları aparmasına mane olduğunu da xatırladıb. Ağ Evdəki mənbə Rusiyadan fərqli olaraq, ABŞ-ın indiyə qədər “Açıq Cəma haqqında” sazişə əməl etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Nümayəndələr Palatasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Gliot Engel ABŞ-ın “Açıq Səma haqqında” sazişdən çıxması mümkünlüyünü araşdırdığını bildirib.

Qeyd edək ki, 1992-ci ildə, Soyuq Müharibədən sonra 34 ölkə Avropada etimadı möhkəmləndirmək üçün “Açıq Səma haqqında” saziş imzalayıb. 2002-ci ildən qüvvəyə minən sazişə əsasən, sənədə imza atan ölkələr uçuşlar keçirərək bir-birinin silahlı qüvvələri barədə məlumat toplayır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR