• DÜNYA

    02:40 2 yanvar 2020

Kim Çen In 2013-cü ildən bəri ilk dəfə xalq qarşısında Yeni il nitqi ilə çıxış etməyib

KXDR Dövlət Şurasının sədri Kim Çen In 2013-cü ildən bəri ilk dəfə olaraq yeni il nitqi ilə xalq qarşısında çıxış etməyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Əvvəlki illərdə KXDR lideri hər il yanvarın ilk günündə çıxış edərək, ölkənin gələn il üçün əsas siyasi prioritetlərini açıqlayırmış. Onun çıxışı ölkənin mərkəzi televiziyasında yayımlanırdı.

Ancaq bu il KXDR-in dövlət televiziyasında Dövlət Şurası sədrinin müraciəti ilə bağlı heç bir bildiriş yayımlanmayıb, xalq respublikasının mərkəzi qəzeti olan “Nodon Sinmun” və digər nəşrlərdə bununla bağlı yazı dərc olunmayıb. Bunun əvəzinə Şimali Koreya mediası Kim Çen Inın Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin plenar iclasındakı çıxışını ətraflı şəkildə işıqlandırıb.

Bu çıxışı zamanı KXDR Dövlət Şurasının Sədri bir sıra yüksək səviyyəli açıqlamalar verib. Belə ki, Kim Çen In ölkəsinin tezliklə yeni strateji silahlar təqdim edəcəyini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton Pxenyana qarşı düşmən siyasətini dayandırmazsa, KXDR strateji silahların inkişafını davam etdirəcək.

Bundan əlavə, Şimali Koreya lideri qeyd edib ki, KXDR artıq ABŞ-ın Koreya yarımadasında hərbi təlimlərinin davam etdirilməsi ilə əlaqədar nüvə sınağına moratorium tətbiq etməyə məcbur deyil.

ONA

Teqlər:

SON XƏBƏRLƏR