• DÜNYA

    21:09 20 avqust 2020

Kim Çen In bəzi səlahiyyətlərini bacısına verib

KXDR lideri Kim Çen In bacısı Kim Ye Çeni respublikanın idarə edilməsində faktiki olaraq ikinci şəxs təyin edib, həmçinin səlahiyyətlərinin bir qismini bir qrup yüksək vəzifəli şəxsə ötürüb.

APA xəbər verir ki, bu barədə “Renhap” Cənubi Koreya Milli Kəşfiyyat Agentliyinin məlumatına istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, Pxenyanın Seul və Vaşinqtonla münasibətlərinə hazırda Şimali Koreya liderinin yaxın qohumu məsuliyyət daşıyır.

Bununla yanaşı, o, Kim Çen Inın varisi kimi adlandırılmır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR