• DÜNYA

    10:15 15 aprel 2019

Kim Çen In gələn həftə Rusiyaya rəsmi səfər edə bilər

Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In gələn həftə Rusiyaya rəsmi səfər edə bilər.

ONA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Moskvadakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya-Şimali Koreya sammiti Vladivostok şəhərində baş tuta bilər.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin aprelin 26-27-də Çində “Bir kəmər-bir yol” forumunda iştirak edəcək. Agentliyin mənbəsi hesab edir ki, V.Putinin Kim Çen Inla görüşü forumdan bir-iki gün öncə və ya sonra keçiriləcək.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR