• DÜNYA

    12:37 4 avqust 2019

ABŞ-ın Deyton şəhərində atışma olub, 10 nəfər ölüb - YENİLƏNİB

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

ONA-nın məlumatına görə, bu barədə yerli polis məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Sielo Vista" ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfər ölüb.

***

saat 11.59

ABŞ-ın Deyton şəhərində atışma olub.

ONA-nın məlumatına görə, bu barədə "Dayton Daily News" nəşri məlumat yayıb.

Atışma nəticəsində 7 nəfərin öldüyü ehtimal edilir.

Hadisə yerinə təcili yardım maşınları gəlib. İnsanları 2 nəfərin atəşə tutduğu ehtimal edilir

Polis araşdırma aparır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR