İsrailin Qəzzanı havadan atəşə tutması nəticəsində 9 nəfər ölüb.
ONA xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı özəl mənbəyə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, ölən 9-cu şəxs bir gəncdir. O, Bureyc düşərgəsinə düşən raketin partlaması nəticəsində həyatını itirib.
Buna qədər bölgədə 37 yaşlı bir hamilə qadının və onun yaş-yarımlıq qızının öldüyü açıqlanmışdı.