Rusiyanın Vladivostok şəhər hava limanına Şimali Koreyanın paytaxtı Pxenyandan gözlənilən bir təyyarə əvəzinə iki təyyarə enib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə hava limanının nümayəndəsi bildirib. Təyyarələrdə iki ölkə liderinin görüşü öncəsi təhlükəsizlik nümayəndələrinin gəldiyi ehtimal olunur.
Buna qədər rəsmi Kremlin mətbuat xidməti Rusiya və KXDR liderlərinin ayın sonunda görüşəcəyi barədə açıqlama yaymışdı. Cənubi Koreyanın “Renhap” agentliyi isə sammitin, çox güman ki, Vladivostokda baş tutacağını yazmışdı.
Bildirilir ki, təyyarələr aeroporta 7 dəqiqə fərqlə eniş edib. Valdivostok hava limanında gələnləri yerli və beynəlxalq KİV nümayəndələri qarşılayıb. Bununla belə, jurnalistlərin suallarına cavab verən olmayıb.