Sabiq Misir prezidenti Məhəmməd Mursi ölümündən bir neçə həftə əvvəl həbsxanada müayinədən keçib, ancaq həkimlər onun səhhətində hər hansı çatışmazlıq aşkar etməyiblər.
ONA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Ölümündən qabaq Mursi, həmçinin yaxınları ilə əlaqə saxlayıb və onlara da hər hansı problemi ilə bağlı şikayətlənməyib.
İlkin məlumata görə, sabiq prezidentin ölümünün səbəbi kəskin ürək çatışmazlığı olub. Ölümün dəqiq səbəbi hələlik məlum deyil. Rəsmilər bu faktın araşdırılması üçün məhkəmə-tibbi kommissiyanın yaradıldığını bildirib. Eyni zamanda bir neçə mütəxəssis məhkəmə zalının müşahidə kameralarının incələnməsi və şahidlərin dindirilməsi ilə məşğuldur.
Qeyd edək ki, M.Mursiyə məhkəmə iclasında söz veriliib, ancaq danışarkən qəfildən onun halı pisləşib və huşunu itirərək yıxılıb. Mursi xəstəxanaya artıq ölmüş vəziyyətdə çatıb.