• DÜNYA

    05:28 13 aprel 2019

KİV: Xəlifə Həftar Tripolinin tutulması təklifini Səudiyyə kralından alıb

Səudiyyə Ərəbistanı Tripolinin ələ keçirilməsi üçün Liviya Milli Ordusunun (LMO) feldmarşalı Xəlifə Həftara maliyyə dəstəyi təklif edib.

ONA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, rəsmi Ər-Riyad Həftara on milyonlarla dollar pul təklif edib ki, Liviya paytaxtını əməliyyat yolu ilə tutsun.

Bildirilir ki, feldmarşala belə bir təklif Səudiyyə Ərəbistanına səfəri zamanı edilib. Onun da bu təklifi qəbul etdiyi deyilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR