• DÜNYA

    14:22 18 mart 2019

Kiyevdə Poroşenkonun şirkətinə məxsus “Roshen” mağazasını yandırıblar

Ötən gün axşam saatlarında Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslər Obolonsk prospektində yerləşən “Roshen” mağazasını yandırıblar.

ONA-nın xəbərinə görə, bu barədə UNN hüquq mühafizə orqanlarına istinadən yazıb. İlkin məlumata əsasən, naməlum şəxslər obyektin ətrafına tez alışan maye töküb, daha sonra yandırıblar. Tikilinin fasadının bir hissəsi yanıb. Hadisədə heç kəs xəsarət almayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus olan “Roshen” dünyada qənnadı istehsalı ilə məşğul olan ən böyük şirkətlərdən biridir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR