• DÜNYA

    03:06 28 noyabr 2019

Kiyevin mərkəzində elektrik enerjisi kəsilib

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində, o cümlədən parlament binası da daxil olmaqla 245 binada elektrik enerjisi kəsilib.

APA TASS-a istinadla xəbər verir ki, buna səbəb yüksək gərginlikli xəttin zədələnməsi olub.

Qısa zamanda Ali Radanın elektrik enerjisi bərpa edilsə də digər obyektlər hələ də işıqsız qalıb.

Paytaxtda işıqforların işləməməsi avtomobillərin hərəkətini çətinləşdirib.

“DTEK” Kiev Elektrik Şəbəkəsi zədələnmiş yüksək gərginlikli xəttin bərpası ilə bağlı təxirəsalınmaz işlərin getdiyini açıqlayıb.

Qeyd edilib ki, hazırda istehlakçılara müvəqqəti olaraq ehtiyat mənbələrdən enerjinin ötürülməsinə çalışılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR