Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qüvvələri Yəmənin Taiz əyalətinə havadan zərbələr endirib.
APA Türkiyə KİV-ə istinadla xəbər verir ki, əyalətin Hadir mahalında bir evə hava zərbəsi endirilib və nəticədə 7 mülki vətəndaş ölüb, 4 nəfər isə yaralanıb.
Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib.
Koalisiya qüvvələri isə hücum barədə heç bir məlumat verməyib.
Qeyd edək ki, uzun müddət siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə 2014-cü ilin sentyabr ayından husilər paytaxt Sanaya və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin martından etibarən husilərə qarşı olan Yəmən hökumətini dəstəkləyir.