• DÜNYA

    05:16 27 yanvar 2020

Kobi Brayantın 13 yaşlı qızı da qəzada ölənlər arasında olub

Məşhur basketbolçu Kobi Brayantın 13 yaşlı qızı Gianna Brayant da bu gün baş verən helikopter qəzasında həyatını itirənlər arasında olub.

APA-nın “New York Times”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində helikopterdə olan digər üç şəxs - helikopterin pilotu, Giannanın komanda yoldaşı və onun valideyni qəza nəticəsində ölüb.

Qeyd edək ki, Gianna da atası kimi basketbolçu olub. Onların helikopterlə məşqə getdikləri güman edilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR