• DÜNYA

    15:43 22 fevral 2019

Paşinyan KTMT-ni baş katibsiz qoya bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın bir ildə baş katibsiz qala bilər.

ONA xəbər verir ki, bu haqda “Kommersant” qəzeti xəbər yayıb.

Xəbərə əsasən, Belarusun Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Zasın bu vəzifəyə təyinatı Ermənistanın mövqeyinə görə ləngiyir. Buna səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyanın bu vəzifədə öz namizədini görmək istəməsidir.

Yeni baş katib təyin olunana kimi bu vəzifəni Rusiya Federasiyasının nümayəndəsi Valeri Semerikov yerinə yetirməyə davam edəcək.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR