Kolumbiyanın mərkəzində yerləşən qızıl mədənində azı 15 şaxtaçı çıxılmaz vəziyyətdə qalıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Mədən Agentliyinin rəhbəri Xuan Miqel Duran bildirib.
“Hazırda Neira bələdiyyəsi, Kaldas departamentində yerləşən qızıl mədənində baş vermiş qəza səbəbi ilə təcili yardım göstərilməsi protokolu işə salınıb. Bizim hesablamamıza görə, 15 şaxtaçı itkin düşüb”, - qurum rəsmisi “Twitter” səhifəsinddə yazıb.
“El Espectador” qəzetinin yazdığına görə, mədəndəki qəza torpaq sürüşməsi səbəbindən baş verib. Hadisə yerində xilasedicilər işləyir.