Kolumbiyanın şimal-qərbində sərnişin avtobusu idarəetmədən çıxaraq uçrumdan Medellin çayı hövzəsinə yuvarlanıb.
APA Tass-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.
Yerli “Tempo” qəzetinin məlumatına görə, qəza Medellin şəhərinin ətrafında baş verib.
Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, sərnişinlər Yeni il ərəfəsində şənlik keçirmək üçün avtobusu icarəyə götürüblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq araşdırması başlanılıb.