Kolumbiyanın paytaxtı Boqota şəhərində baş vermiş partlayış nəticəsində azı 4 nəfər ölüb.
ONA xəbər verir ki, bu barədə “El Tiempo” nəşri yerli polisə istinadən məlumat yayıb.
Bildirilir ki, insident nəticəsində daha 26 nəfər xəsarət alıb, onlardan 16 nəfəri yetkinlik yaşına çatmayan şəxslərdir.
Nəşrin yazdığına görə, partlayışa yaxınlıqdakı evlərdən birində barıtla düzgün rəftar edilməməsi səbəb ola bilər. Hüquq-mühafizə orqanları orada təhlükəli predmetlərdən istifadə yolu ilə oyun cihazlarının hazırlanmasını istisna etmir.