Kolumbiyanın qərbində 6,1 bal gücündə zəlzələ olub.
ONA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji xidmətindən məlumat yayılıb.
Seysmoloqların bildirdiyinə görə, zəlzələ yerli vaxtla saat 19:21-də El-Dovio şəhərindən yeddi kilometr şimal-qərbdə baş verib.
Yeraltı təkanların episentri 113 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində zərərçəkənlərin olub-olmaması barədə xəbər verilmir.