Kolumbiyada helikopter qəzasında 6 nəfər ölüb
  • DÜNYA

  • 22:49 27 Oktyabr 2019

Kolumbiyada helikopter qəzasında 6 nəfər ölüb

Kolumbiyanın Alban bələdiyyəsində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Kolumbiya Hərbi Hava Qüvvələri düşmüş helikopterin tapıldığını təsdiqləyib.

Hərbçilərin bildirdiyinə görə, helikopter optimal vəziyyətdə olub və prezidentin daşınması üçün bir neçə dəfə istifadə edilib. 2017-ci ildə isə Roma Papası Fransisk də öz səfəri zamanı bu helikopterdən istifadə edib.

“Kolumbiya Hərbi Hava Qüvvələri 6 helikopter ekipaj üzvünün həlak olmasından dərin təəssüf hissi keçirir”, - Hərbi Hava Qüvvələrinin açıqlamasında belə deyilir.

“RCN” radiostansiyasının məlumatına görə, “Bell 412” helikopteri cümə axşamı Kundinamarka bölgəsindəki Palankero aviabazasından uçduqdan sonra radarlardan itib. Bildirilir ki, ölənlər arasında iki zabit və unter-zabit olub.

Qəzanın səbəbləri hələ bilinmir, araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR