• DÜNYA

    18:06 19 iyun 2022

Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb.

ONA-nın xəbərinə görə, yerli vaxtla saat 08.00-da açılan seçki məntəqələri saat 16.00-a qədər fəaliyyət göstərəcək.

Prezident postuna senator Qustavo Petro və biznesmen Rodolfo Grnandes iddialıdır.

Son sosioloji sorğular “Tarixi Pakt” sol koalisiyasının namizədi Qustavo Petronun 47 faiz, Antikorrupsiya Hökumət Liqasının namizədi Rodolfo Grnandesin 48 faiz seçici dəstəyinə malik olduğunu göstərir. Buna görə də namizədləri heç biri birmənalı favorit sayılmır.

Hər iki namizəd Kolumbiyanın hazırkı hökumətini sərt tənqid edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR