Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb.
ONA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, daxili uçuş həyata keçirən təyyarənin qəzaya uğrama səbəbi hələlik məlum deyil. İlkin məlumata görə, qəzada 12 nəfər ölüb.
Kolumbiya polisi təyyarədəkilərin hamısının öldüyünü açıqlayıb.
Qəzadan əvvəl təyyarədən “təcili vəziyyət” siqnalı alınıb.
Hadisənin səbəbi ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verilməyib.