• DÜNYA

    08:04 23 aprel 2019

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 28-ə çatıb

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə fəlakət riskinin azaldılması üzrə milli idarə “Twitter” vasitəsilə məlumat yayıb. Bundan əvvəl 20 nəfərin öldüyü deyilirdi.

Bildirilir ki, xilasedicilər bu gündən etibarən ərazidə xilasetmə işlərini bərpa edib. Bununla yanaşı, sinoptiklər iyunun birinci həftəsinədək Kolumbiyada yağıntıların davam edəcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, aprelin 21-də Kolumbiyanın Kauka bölgəsində güclü yağışlar səbəbindən torpaq sürüşməsi baş verib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR