Konqoda Ebola virusu 800-dən çox insanın həyatına son qoyub.
ONA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu günə qədər təxminən 400 nəfər bu virusdan müalicə oluna bilib, 800-dən çox virus daşıyıcısı isə dünyasını dəyişib.
Məlumata görə, ümumilikdə 1251 yoluxma ehtimalı qeydə alınıb ki, onların da 1185-i rəsmi təsdiqini tapıb.