Konqoda eboladan ölənlərin sayı 900 nəfəri ötüb
  • DÜNYA

  • 15:03 28 Aprel 2019

Konqoda eboladan ölənlərin sayı 900 nəfəri ötüb

Keçən ilin iyul ayından indiyə qədər Konqo Demokratik Respublikasında ebola virusundan həyatını itirənlərin sayı 900 nəfəri ötüb.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ötən müddət ərzində 1351 nəfərin ebola virusuna yoluxduğu müəyyənləşib.

Onlardan 914 nəfəri həyatını itirib.

Bundan əvvəl 803 nəfərin öldüyü açıqlanmışdı.

 

OXŞAR XƏBƏRLƏR