• DÜNYA

    03:34 30 dekabr 2019

Konqoda partlayış zamanı 3-ü uşaq olmaqla, 5 nəfər ölüb

Konqo Demokratik Respublikasında kustar üsulla düzəldilmiş bombanın partlaması nəticəsində 5 nəfər ölüb, üç nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, ölənlərdən 3-ü azyaşlı olub.

Yerli polisin məlumatına görə, kustar üsulla hazırlanmış partlayıcını uşaqlar kilsənin yaxınlığında oynayarkən tapıblar. Qurğunu əşya zənn edən azyaşlılar onu evə gətirib sökməyə başlayıblar. Bu zaman partlayıcı mexanizm işə düşüb.

Qeyd edək ki, bu ilin ortalarında Munoli şəhərində yerli polis və ordu hissələri ilə yaraqlıları arasında silahlı qarşıdurma baş vermişdi. Yerli hakimiyyət orqanları əldə düzəldilmiş bombanın yaraqlılara məxsus olduğunu istisna etmirlər.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR