Konqoda “Busy Bee” şirkətinə məxsus kiçik təyyarə qəzaya uğrayıb.
ONA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə Qoma şəhərində yaşayış məskəninə düşüb.
Təyyarədə 17 sərnişin və 2 heyət üzvü olub. Qəzada sərnişinlərin və heyət üzvlərinin hamısının həyatını itirdiyi ehtimal edilir. Qoma şəhərinin meri qəzaya uğramış təyyarədə olanlardan 6 nəfərin cəsədinin artıq tapıldığını bildirib.