ABŞ Nümayəndələr Palatası qanunvericilərin müvafiq icazəsi olmadan prezident Donald Trampın İrana qarşı silahlı qüvvələrdən istifadə etmək imkanlarını məhdudlaşdıran qətnaməni təsdiqləyib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, iclas qanunverici orqanın aşağı palatasının saytında yayımlanıb.
Qətnamə “ABŞ-a silahlı hücum” baş vermədiyi müddətcə və ya ABŞ administrasiyası Konqresdən icazə alana qədər İrana qarşı və ya onun ərazisində hərbi əməliyyatlara başlamağa icazə vermir.
Bənzər qətnamə respublikaçıların nəzarətində olan Senata təqdim edilib. Qətnamənin yuxarı palata tərəfindən də qəbul ediləcəyi istisna olunmur.