• DÜNYA

    14:44 20 sentyabr 2020

Koronavirusa yoluxan Özbəkistan Baş Nazirinin müavini vəfat edib

Özbəkistan Baş Nazirinin müavini, hökumətdə kənd təsərrüfatı və ərzaq sahəsinə cavabdehlik daşıyan Uktam Barnoyev vəfat edib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Özbəkistan Nazirlər Kabinetinin Operativ Qərargahı 56 yaşlı U. Barnoyevin yeni növ koronavirusa (COVİD-19) yoluxma nəticəsində vəfat etdiyini açıqlayıb.

Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi iyulun sonlarında COVİD-19-a yoluxduğu aşkarlanan U. Barnoyevin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sonradan Baş Nazirin müavininin Daşkənddə, daha sonra isə Almaniyada klinikalardan birində müalicə aldığı məlum olmuşdu.

ONA

Teqlər:

SON XƏBƏRLƏR