ABŞ-da Xəstəliklərə nəzarət və profilaktikası mərkəzi koronavirusun əlamətləri siyahısına daha altı simptomu əlavə edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.
Məlumata görə, artıq siyahıya titrəmə, qızdırma ilə müşahidə olunan titrəmə, əzələ ağrısı, boğaz ağrısı və dad və ya qoxu hissinin itməsi də əlavə olunub. Xəstələr bu simptomlardan tez-tez bəhs edirmişlər.
Buna qədər ABŞ-ın tibbi qurumu koronavirusun cəmi üç simptomunu təsvir edirdi – yüksək hərarət, öskürək və tənəffüs çətinliyi.