Baş nazir Albin Kurti bu gün axşama qədər serblərdən Kosovanın şimalındakı barrikadaları yığışdırmağı tələb edib.
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Kosova Təhlükəsizlik Şurasının iclasından sonra Albin Kurti bildirib ki, Kosovanın şimalındakı magistrallarda və Metoxiyadakı barrikadalar axşama qədər yığışdırılmalıdır, əks təqdirdə polis müdaxilə edəcək.
Eyni zamanda Baş nazir NATO-nun Kosovadakı missiyasını vəziyyətə müdaxilə etməyə və Kosovada sərbəst hərəkəti təmin etməyə çağırıb.