Kosovodakı vəziyyətlə əlaqədar Belqradda Serbiyanın Təhlükəsizlik Şurasının təcili iclası keçirilir.
ONA-nın “Tanjug” agentliyinə istinadən xəbərinə görə, prezident Aleksandr Vuçiç Avropa İttifaqına xəbərdarlıq edib ki, Kosovo xüsusi təyinatlıları serb əhalinin yaşadığı rayonları tərk etməsə, o, vəziyyətə reaksiya vermək üçün lazımi tədbirləri görəcək..
Məlumata görə, Şimali Atlantika alyansının komandanlığı altında olan Kosovo Beynəlxalq Qüvvələri (KFOR) bildirib ki, Kosovo xüsusi təyinatlıları prokurorluğun qərarı ilə bölgədə adi polis əməliyyatı həyata keçirir. KFOR vəziyyətə qarışmayacağını bəyan edib.
Qeyd edək ki, bundan öncə Kosovoda etnik serblərin yaşadığı muxtar bölgədə vəziyyətin gərginləşməsinə görə Serbiya prezidenti ordunu hərbi hazırlıq vəziyyətinə gətirib.