• DÜNYA

    03:12 13 may 2019

Kosta-Rika və Panama sahillərində 6,1 bal gücündə zəlzələ olub

Kosta-Rika və Panamada 6,1 maqnitudalı zəlzələ baş verib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Seysmoloqlar bildirir ki, zəlzələ yerli vaxtla saat 19:24-də baş verib. Onun episentri isə David şəhərindən 49,2 km cənub-şərqdə 19 km dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq elan olunmayıb, xəsarət və dağıntılar haqqında da məlumat yoxdur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR