• DÜNYA

    16:10 20 may 2019

Kreml: Donbas məsələsini həll edəcəyi təqdirdə Putin Zelenskini təbrik edəcək

"Rusiya prezidenti Vladimir Putin Donbasda münaqişənin həlli istiqamətində ilk müvəffəqiyyət əldə edəcəyi və Rusiya-Ukrayna münasibətlərini normallaşdıracağı təqdirdə Ukrayna prezidenti Vladimir Zelenskini təbrik edəcək".

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Prezident Putin cənub-şərqi Ukraynadakı daxili münaqişənin həllindəki ilk və Rusiya-Ukrayna münasibətlərinin normallaşmasındakı müvəffəqiyyətinə görə Zelenskini təbrik edəcək ",-deyə D.Peskov bildirib.

Qeyd edək ki, bu gün inauqurasiya mərasimi keçirilən Ukraynanın yeni prezidenti Vladimir Zelenski prezidentliyi dövründə Donbas məsələsini həll etməyə çalışacağını bəyan edib.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR