Rusiya prezidenti Vladimir Putin heç vaxt Volodimir Zelenski ilə görüşdən imtina etməyib, bu, hipotetik olaraq mümkündür, lakin görüşün baş tutması üçün konkret sənəd hazırlanmalıdır.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rossiya1 telekanalında yayımlaman "Moskva.Kreml.Putin" proqramına müsahibəsində bildirib.
"Xeyr, Putin heç vaxt imtina etməyib. Putin belə bir görüşdən heç vaxt imtina etməyib və belə bir görüş, bəli, hipotetik olaraq mümkündür. Amma bunun baş tutması üçün konkret sənədin hazırlanması lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd...Onda belə görüşün növbəsi çatacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb
Bu sənədin icra edilib-edilməyəcəyi ilə bağlı suala Peskov Donbassla bağlı Minsk razılaşmalarının təcrübəsini xatırladıb: “Bizim təcrübəmiz var, onu xatırlayırıq, çox yaxşı xatırlayırıq və ona uyğun hərəkət edirik".