"ABŞ-ın Türkiyədən S-400 sistemini almaqdan imtina etmək tələbi qəbuledilməzdir".
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Ümumiyyətlə, belə ultimatumları olduqca mənfi qəbul edir və qəbuledilməz hesab edirik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan də daxil olmaqla,Türkiyə rəhbərliyi dəfələrlə vurğulayıb ki, bu saziş artıq razılaşdırılıb. Biz buna uyğun olaraq irəliləyirik və saziş icra edilir",- deyə Kremlin sözçüsü bildirib.