Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10-14 oktyabr tarixlərində Qazaxıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olunub
ONA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla bağlı Qazaxıstan Müdafiə Nazirliyi müvafiq qərar qəbul edib.
“Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təliminin ləğvinin səbəbi açıqlanmayıb. “Sarsılmaz Qardaşlıq – 2022” çərçivəsində sülhməramlı əməliyyatının keçirilməsi və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı. Təlimə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilər də dəvət olunmuşdu.