Kubalı seysmoloqlar adanın şərqinə meteorit düşdüyünü və bunun partlayışla müşahidə olunduğunu bildiriblər.
ONA-nın “Cubadebate” nəşrinə istinadən verdiyi məlumata görə, dünən yerli vaxtla saat 22.06 radələrində Moa Seysmoloji Stansiyası səmada bir neçə parlaq əlamət aşkarlayıb.
Daha sonra güclü partlayış olub.