• DÜNYA

    05:16 6 avqust 2019

KXDR iki həftədə dördüncü “naməlum mərmi” atəşini sınaqdan keçirib

KXDR iki həftə ərzində dördüncü dəfə “naməlum mərmi” atəşini həyata keçirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birgə Qərargah Rəisləri Komandanlığı məlumat yayıb.

Bildirilib ki, iki mərmi atəşi çərşənbə axşamı səhər saatlarında Hvanqe-Namdo əyalətindən atılıb.

Cənubi Koreya hərbçiləri ordunun hazır vəziyyətdə olduğunu deyərək, KXDR-in raket atışlarının izlənildiyini bildirib.

Qeyd edək ki, Cənubi Koreya hərbçiləri daha əvvəl açıqlamışdılar ki, KXDR həftə ərzində üçüncü “naməlum mərmi” atıb. Hər iki mərminin uçuş yüksəkliyi 25 kilometr olmaqla, təxminən 220 kilometr məsafə qət edib.

Cənubi Koreya və ABŞ hərbçiləri KXDR-in yeni tipli qısamənzilli ballistik raketləri sınaqdan keçirə biləcəyini iddia edirlər.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR