• DÜNYA

    03:23 22 mart 2021

La Manş boğazı ilə Britaniyaya keçməyə çalışan 72 miqrant xilas edilib

Fransız Dənizçilik Xidmətinin xilasediciləri La Manş boğazı ilə qanunsuz olaraq bir neçə qayıqla Britaniyaya keçərkən çətin duruma düşən 72 miqrantı xilas edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Şimal dənizi Prefekturasının Xilasetmə Regional Əməliyyat Mərkəzinin yaydığı məlumatda bildirilib.

Xilasedicilər ilk gördükləri qayıqda 4 qadın və 4 azyaşlı olmaqla, 38 miqrantı aşkar ediblər.

Az sonra növbəti qayıqda 5 qadın və 7 uşaq daxil olmaqla, 34 miqranta köməklik göstərilib.

Miqrantlar sərhəd polisinə təhvil verilib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR