"ABŞ Cənubi Amerikada qarşıdurmanın genişlənməsinə təkan verir".
ONA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
“Biz Venesuelanın timsalında Vaşinqtonun Latın Amerikası və Karib hövzəsi ölkələrinin iradəsini görməzdən gəldiyini mühidə edirik",- deyə Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, ABŞ administrasiyası hökumətlərarası ideoloji ziddiyətləri siyasi və hətta hərbi münaqişlərə çevirməyə cəhd edir.