• DÜNYA

    00:00 8 may 2019

Lavrov CNN-in müxbirini saxta xəbərlər yaymaqda günahlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlama verərkən CNN telekanalının müxbiri ona gözləmədiyi sualla müraciət edib.

ONA “RİA Novosti”-yə istinadən bildirir ki, müxbirin “ABŞ Venesuelaya müdaxilə edərsə, Rusiyanın bunu dayandırmaq üçün hansısa imkanları varmı" sualına rusiyalı diplomat sərt cavab verib.

Lavrov özünəməxsus tərzdə qısa xatırlatma edib: “Əksər insanlar CNN-i feyk xəbər yayan kanal kimi xarakterizə edir. Siz də durub mənə “feyk sual”lar veririsiniz. Prezident Tramp da dəfələrlə CNN-i saxta xəbərlər yaymaqda günahlandırıb”.

Nazir əlavə edib ki, Rusiya beynəlxalq qaydalara zidd olan hərbi əməliyyatların keçirilməsini qətiyyən qəbul etmir və bunun əleyhinədir: “Hərbi qüvvələrin hərəkətə gətirilməsinə yalnız BMT Təhlükəsizlik Şurası icazə verə bilər”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR